Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) — Əl-Əvvəl, Əl-Əxir

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الأوَّل الأخر
Əl-Əvvəl Əl-Əxir

«O, Əvvəldir, Axırdır…». (əl-Hədid 3). Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ yatağına girdikdə buyurardı: «Yeddi səmanın Rəbbi, yerin Rəbbi, hər şeyin Rəbbi, toxumu və çərdəyi yaran, Tövratı, İncili və Quranı endirən Allahım! Mən sənin alnından yaxaladığın hər şeyin şərrindən sənə sığınıram. Sən Əvvəlsən, səndən əvvəl heç bir şey yoxdur. Sən Axırsan, səndən sonra heç bir şey yoxdur. Sən Zahirsən, sənin üstündə heç bir şey yoxdur. Sən Batinsən, səndən o, tərəfə heç bir şey yoxdur. Mənim borcumu ödə və fəqirlikdən məni qurtar» .

Həlimi (Allah ondan razı olsun) deyir ki: «Əvvəl, öncəsi olmayandır, Axır isə sonrası olmayandır. Çünki öncə və sonra sonu ifadə edər. Öncə varlığın başlanğıcdan öncəki sonu, sonra isə başlanğıcdan sonrakı sonu ifadə edər. Əgər varlığın başlanğıcı və sonu olmazsa, öncəsi və sonrası da olmaz. Allah öncəsi və sonrası olmayan tək varlıqdır. Digər bütün valılıqların öncəsi və sonrası vardır» .

Allahın Əvvəl olması Onun hər şeydən öncə var olduğunu, Axır olması isə hər şeydən sonra Onun var olacağını və varlığının davam edəcəyini ifadə edər.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

evvel-exir

Şəkili yüksək keyfiyyətdə yüklə (2.3 Mb)