Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) — Əl-Əkram

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الأكرم
Əl-Əkram

Əl-Əkram – Allah Əkram – olduğunu ismi tafdil (üstünlük bildirən İsim) olaraq xəbər verməkdədir. Allah Əkramul-Əkram (Kərəm sahiblərinin ən üstünüdür). Ondan başqa mütləq Kərəm sahibi yoxdur, heç kimsə Kərəm sahibi olmadan Ona bənzər olmaz deməkdir . «Oxu! Sənin Rəbbin ən böyük kərəm (ƏKRƏM) sahibidir». (əl-Ələq 3).
İmam Qurtubi (Allah ona rəhm etsin) deyir ki: «Əkram Allahın zatıyla əlaqəli, Kərim isə Onun feliylə əlaqəli bir sifətdir. Hər iki kəlimə də Kə-Rə-Mə sözündən törənmişlər . Bu açıqlamadan başa düşülür ki, Kərim və Əkram İsimləri eyni məna ifadə etməkdədirlər. Bu məna Allahın qullarına qarşı lütfkar və ehsan sahibi olmasıdır. Allahın Kərim olmasının bir nümunəsi də göylərdə və yerdə olan her şeyi bütün insanların xidmətinə verdiyini və onlara boyun əydirdiyini bildirmişdir. «Göylərdə və yerdə nə varsa hamısını öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur». (əl-Casiyə 13). Həqiqətən də Allah kərəm sahiblərinin ən üstünüdür. Onun bənzəri bir Kərəm sahibi yoxdur.»

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-akram-small

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)