Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) — Əl-Əhəd

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الأحد
Əl-Əhəd

Əl-Əhəd – əl-Vahidul-Əhəd – Bir və tək olan. Zatında, sifətlərində və bilgisində Allaha oxşar bir varlıq yoxdur. «De ki: «O, Allah birdir (ƏHƏD)» (əl-İxlas 1).
Peyğəmbər ﷺ bir nəfərin belə dediyini eşitdikdə: “Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, doğmayan, doğulmayan və heç bir tayı-bərabəri olmayan Təksən, Möhtac deyilsən. Günahlarımı mənə bağışla! Şübhəsiz ki, Sən Bağışlayansan, Rəhmlisən” buyurdu: “Artıq Allaha elə bir İsmi ilə dua edildi ki, əgər onunla dua edilərsə cavab verilər, istənilərsə əta olunar”. O, sonu olmayan bütün bilgilərə sahibdir. Əzəldən yalnız Allah vardır. Başqa heç bir şey yoxdu. Sadəcə Allah vardı. Onunla birlikdə başqa heç bir şey yoxdur. Bütün varlıqları idərə edən və işlərini düzüb-qoşan yalnız odur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)