Uşaqlar üçün

Əsməul Husnə (Allahın gözəl İsimləri) — ALLAH ADI

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الله
Allah

Allah – İsmi Uca Allahın digər bütün İsimlərini əhatə edər. Əsməul Husnə olaraq bilinən bütün İsim və Sifətlər bu ada dayanırlar.
Buna görə də Rahman, Rəhim, Əziz, Ğaffar Allahın adlarındandır deyilir. Lakin Allah, Rəhmanın adlarındandır deyilməz.
Bu İsim Qurani Kərimdə 2697 dəfə keçməkdədir. Kəlimələrin ən açıq olanı Allah kəliməsidir. Lakin dilçilər bu mövzu ilə böyük bir ixtilafa düşmüşdülər.
Allah – İsmi hansısa bir kəlimədən törənmişdir? Yoxsa heç bir kəlimədən törənməmişdir? Əgər törənmişsə o, zaman Ə-Lə-Hə kəliməsindənmi, Və-Lə-Hə kəliməsindənmi, Lə-Hə kəliməsindənmi törənmişdir.
Bütün insanlar aləmlərin Rəbbinin və göyləri, yeri yaradanın İsmi olduğunu bilirlər. Ən doğru rəy isə Allah isminin Əl-Iləh kəliməsindən törəndiyidir.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Allah-adi

Şəkili yüksək keyfiyyətdə yüklə (2.3 Mb)