Uşaqlar üçün

Əl-Həfiz — Əsmaul Husna (Allahın gözəl İsimləri)

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الْحَافِظُ
Əl-Həfiz

Əl-Həfiz — Qoruyan, mühafizə edən deməkdir. Həlimi (rahimahullah) deyir ki: “Həfiz- qullarını din və dünya işlərində təhlükələrdən qoruyan deməkdir”.
əl-Həfiz – Allah qullarına qarşı həfiz – qoruyan və himayə edəndir. Hər müsəlman bütün şeyləri qoruyanın uca Allah olduğunu, Onun Həfiz olduğunu bilməlidir.
Həfiz – sıxıntı anında səni şikayət etməkdən qoruyan, nemət zamanında da səni fəlakətlərdən qoruyandır. Abdur- Rahman əs-Sədi (rahimahullah) deyir ki, bu İsmin iki mənası vardır.

1. Həfiz – qullarının xeyir, şərr, qəbul, inkar, itaət və günah etdiklərini qoruyandır. Çünki zərrə miqdarı belə olsa, bunlarla əlaqəli heç bir şey Ondan qaçmaz. Onun bu əməlləri qoruması, bu əməlləri nəzarət altına alması və hesabını etməsi deməkdir. Onun elmi qullarının açıq və gizli bütün əməllərini əhatə edir. O, bu əməlləri, bu əməllər meydana gəlmədən əvvəl, hətta göyləri və yerləri yaratmadan əvvəl Lövhi Məhfizda yazmışdır. Allah qullarının bu əməllərini nəzarət etmək işini Hafizi, Kiramən Kətibin mələklərinə vermişdir. Çünki bu mələklər qulların nə etdiklərini bilirlər.

2. Həfiz – Allahın qullarını xoş olmayan bütün şeylərdən qorumasıdır.
Allahın qullarını qoruması isə iki cürdür:
1) Ümumi Qoruma – Allahın yaratdıqlarını, güclərinin yetəcəyi və niyyət etdikləri şeyləri onlara asanlaşdırmaq surətilə qorumasıdır.
2) Xüsusi Qoruma – bu da Allahın öz dostlarını xüsusi olaraq qorumasıdır. Çünki Uca Allah dostlarını onların imanlarına zərər verəcək və inanclarını sarsıdacaq fitnələrdən, şübhələrdən və şəhvətlərdən qoruyar. Bu cür zərərli şeylərdən onları uzaq tutar və onları salamat edər. Onları cin və insanlardan olan düşmənlərdən qoruyar. Düşmənlərinə qarşı onlara yardım edər. Düşmənlərinin hilələrini onlardan uzaqlaşdırar.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-basir

Şəkili yüksək keyfiyyətdə yüklə (2.5 Mb)