Uşaqlar üçün

Əsmaul Husna (Allahın gözəl İsimləri) — Əl-Bəsır

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الْبَصِيرُ
Əl-Bəsır

Əl-Bəsır – görən olmasının mənası isə hər nə qədər incə və hiss edilməz kimi görünürsə və ya uzaq olursa olsun hər bir şeyi gözəl bir şəkildə idrak edən (görən) deməkdir.

Bəsır – həmçinin də elmə, bilməyə də dəlalət edir. Allah qəlbdəki fısıltıları, beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir. «Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1).

Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. Allah yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsır sifəti ilə onları görməktədir. Onun üçün görülməyən bir şey yoxdur.

Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir. «(Allah) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-basir

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)