Uşaqlar üçün

Əsmaul Husna (Allahın gözəl İsimləri) — Əl-Bəri

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الْبَارِئُ
Əl-Bəri

Əl-Bəri – varlıqları yoxluqdan varlığa çıxaran deməkdir. Qurtubi (rahimahuLlah) deyir ki: «Bəri – yoxdan var edən, ortaya çıxaran deməkdir». «O, (hər şeyi) yaradan, yoxdan var edən (BƏRİ) və (hər şeyə) surət verən Allahdır». (əl-Həşr 24).
Buna görə də Bəri Bə-Rə-Ə kökündən gələn Bəriyyə varlıqlar, yaradılanlar mənasında işlədilir. O, halda Allah Bəri yaradandır. Çünki O. Bütün bədənləri, cisimləri yoxluqdan varlığa çıxarmışdır.
Həlimi (rahimahuLlah) deyir ki: «O, suyu, atəşi, torpağı və havanı yoxdan yaratdı. Daha sonra isə bu maddələrin qarışığından digər məxluqları yaratdı. «Mən palçıqdan bir insan yaradacağam». (Sad 71). «Sizi torpaqdan yaratması… Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl-Ənbiya 30). «İnsanı saxsı kimi quru palçıqdan O, yaratdı. (Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O, xəlq etdi». (ər-Rahmən 14,15).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-Bari

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)