Uşaqlar üçün

“Iqra” — Ərəb yazısını öyrənirik

“İqra” — Kitab ərəb yazısını öyrətmək üçün çox faydalı materialdır.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əssələmu aleykum Əziz Oxucular!

Allahın izni ilə bu həftədən etibarən sizinlə “İqra” adlı kitabdan parçalarla paylaşacağıq. Kitab ərəb yazısını öyrətmək üçün çox faydalı materialdır.

“Iqra” 4-5 yaşından yuxarı uşaqlar və dili öyrənən böyüklər üçün ərəb yazısını üç dildə- azərbaycanca, rusca ve ingiliscə oyrədən vəsaitdir. Yazını öyrənməklə yanaşı uşaqlar hər üç dildə söz ehtiyatını da artıra bilərlər.

Kitabdakı çalışmalar uşağa hərflərin ardıcıllığını, hərəkələrin və digər işarələrin istifadə qaydasını, hərflərin birləşmə qaydasını yadda saxlamağa komək edəcək.

Kitabla birgə təqdim olunmuş iş dəftəri isə əsasən ərəb yazı texnikasını inkişaf etdirmək və yazını gözəlləşdirmək üçün nəzərdə tutulub.

Nəzərə alınmalıdır ki, bu kitabda təcvid qaydaları yox sadəcə ərəb yazısı öyrədilir, yəni sifət və məxrəclərə toxunulmayıb. Dərsliklə yanaşı iş dəftərindən də dərslər paylaşılacaq inşəAllah.

MÜNDƏRİCAT

Giriş
1-ci dərs — Əlif hərfi
2-ci dərs — Bə hərfi
3-cü dərs — Tə hərfi
4-cü dərs — Sə hərfi
5-ci dərs — Cim hərfi
6-cı dərs — Hə hərfi
7-ci dərs — Xa hərfi
8-ci dərs — Dəl hərfi
9-cu dərs — Zəl hərfi
10-cu dərs — Ra hərfi
11-ci dərs — Zə hərfi
12-ci dərs — Sin hərfi
13-cü dərs — Şin hərfi
14-cü dərs — Sad hərfi
15-ci dərs — Dad hərfi
16-cı dərs — Ta hərfi
17-ci dərs — Za hərfi
18-ci dərs — ‘Əyn hərfi
19-cu dərs — Ğayn hərfi
20-ci dərs — Fə hərfi
21-ci dərs — Qaf hərfi
22-ci dərs — Kəf hərfi
23-cü dərs — Ləm hərfi
24-cü dərs — Mim hərfi
25-ci dərs — Nun hərfi
26-cı dərs — Hə hərfi
27-ci dərs — Vav hərfi
28-ci dərs — Yə hərfi + kiçik Əlif
29-30 cu dərs — Liqaturlar və rəqəmlər