Əqidə

Əqidə haqqında 50 sual və cavab — 3 HİSSƏ (10 sual — 10 cavab)

Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

10 sual — 10 cavab

 
Dəyərli oxucu sizə təqdim etdiyimiz bu məqalədə hər bir müsəlmanın dünya və axirət həyatını tənzimləyən gərəkli etiqad məsələləri sual-cavab üslubunda hazırlanmışdır. Bu həm böyüklər, həm də azyaşlı övladlarımız üçün dəyərli məlumat mənbəyidir.
Ümid edirik ki, hər bir müsəlman ailə bu məqalədən bəhrələnəcəkdir.

26. Sual: İnkar və isbatın şərii əsası nədir?

Cavab: Uca Allah buyurur: “Yadına sal ki, bir zaman İbrahim atasına və qövmünə demişdi: “Mən sizin ibadət etdiklərinizdən (bütlərdən) tamamilə uzağam;” (əz-Zuxruf: 26). Bu inkara dəlalət edən sübutdur.

İsbata dəlalət edən əsas isə budur: “Yalnız məni yoxdan yaradan (Allahdan) başqa!” (əz-Zuxruf: 2 7).

27. Sual: Tağutlar neçədir?

Cavab: Tağutlar çoxdur. Əsasları isə beşdir: Allahın lənətinə gəlmiş İblis, özü razı olduğu halda ibadət olunan kimsə, insanları özünə ibadətə çağıran, qeyb elmindən iddiaçı olan, Allahın nazil emtədiyi ilə hökm edən.

28. Sual: İki şəhadət kəlməsindən sonra ən üstün əməl hansıdır?

Cavab: Ən üstün əməl gündəlik beş vaxt namazdır. Bu namazların şərtləri, əsasları və vacibləri vardır. Ən böyük əsası müsəlman olmaq, ağlı başında olmaq, dərk etmək, natəmizlik və nəcasətdən paklanmaq, övrəti örtmək, qibləyə yönəlmək, vaxtın daxil olması və niyət etməkdir.

Namazın on dörd əsası vardır: Ayaq üstə qılmaq, birinci təkbir, Fatihə surəsini oxumaq, rüku etmək, rükudan qalxmaq, yeddi əza üzərində səcdə etmək, iki səcdə arasında oturmaq, bütün bu əsasları edərkən tələsməmək, ardıcıl etmək, sonuncu təşəhhüd üçün oturmaq və oxumaq, Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) salavat demək və salam vermək.

Namazın vacib əməlləri isə səkkizdir: İlk təkbirdən başqa bütün təkbirlər, rükuda “subhanə rabbiyəl azim”, rükudan qalxanda imamın və tək namaz qılanın “səmiəllahu limən həmidəh” deməsi,  qalxdıqdan sonra imamın, imama tabe olanın və tək namaz qılanın “rabbənə valəkəl həmd” deməsi, səcdədə “subhanə rabbiyəl alə” və iki səcdə arası “rabbiğfirli” deməsi, birinci təşəhhüd və onun üçün oturmaq – bütün bunlar vacibdir. Bundan savayı namazda nə söz və əməl varsa, hamısı sünnədir.

Namazın şərtlərini yerinə yetirməmək namazı batil edir.
Namazın əsaslarından hər-hansını etmədikdə əlavə bir rükət qılmalı və səhv səcdəsi etmək lazımıdr.
Namazın vaciblərindən birini etmədikdə isə səhv səcdəsi etmək kifayət edir.
Namazın sünnə əməllərinə görə isə səhv səcdəsi etmək vacib deyil.

29. Sual: Uca Allah məxluqatı öldükdən sonra dirildəcəkmi? Onları xeyir və şər əməllərinə görə mühakimə edəcəkmi? İtaət edəni cənnət, asi olub küfr və şirk edəni isə cəhənnəmə salacaqmı?

Cavab: Bəli, bu belədir. Uca Allah buyurur: “Kafir olanlar (öldükdən sonra) əsla dirildilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De: “Bəli, Rəbbimə and olsun ki, siz mütləq dirildiləcəksiniz. Sonra da (dünyada) etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır!” (ət-Təğabun: 7).

“Sizi (ulu babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq.” (Taha: 55).

Bu haqda Qurani-Kərimdə saysız-hesabsız sübutlar vardır.

30. Sual: Allahdan başqası üçün qurban kəsmək nə qədər günahdır?

Cavab: Qurban kəsmək ibadətin bir növüdür və qurbanı Allahdan başqası üçün kəsmək haramdır, Allaha şərik qoşmağın növlərindəndir. Uca Allah buyurur: “162 — De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! 163 — Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam: 162-163).

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Allah, başqası üçün qurban kəsəni lənətləmişdir.” (Muslim rəvayət etmişdir).

31. Sual: Şirkin növləri hansılardır?

Cavab: Şirkin növləri bunlardır: ehtiyacını ölülərdən istəmək, onlardan yardım diləmək, onlara üz tutmaq. Ən çox yayılan şirk növü budur. Ölmüş insanın dünya ilə əlaqəsi kəsilmişdir və o özünə nə xeyir, nə də ziyan vurmaq bacarığında deyildir, o ki, qaldı ona müraciət edənə kömək etsin, onun üçün Allahdan yardım istəsin. Ölülərə yönələn insan şəfaət sahibi və şəfaət edən haqqında cahildir. Allahın razılığı olmadah heç kəs Onun dərgahında şəfaətçi ola bilməz. Allah başqasından istəməyi şəfaətə razılıq üçün səbəb etməmişdir. Şəfaətə razılıq vermək üçün tövhid inanclı olmağı şərt qoymuşdur. Bu əməli ilə Allaha şərik qoşan insan, şəfaətə mane olan səbəb etmişdir.

Şirk iki növdür: Dindən çıxaran böyük şirk və dindən çıxarmayan kiçik şirk – riyakarlıq kimi.

32. Sual: Nifaqın mənası və növləri hansılardır?

Cavab: Nifaq (ikiüzlülük) iki növdür: etiqadda və əməldə nifaq.

Etiqadda nifaqın mənası: qəlbində küfrü saxlayıb, üzdə müsəlman olduğunu göstərmək. Uca Allah buyurur: “(Ya Rəsulum!) Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir. Sən heç vaxt onlara yardım edən tapmazsan!” (ən-Nisa: 145).

Əməldə nifaqın mənası: Etiqadda ikiüzlü olan insanlara məxsus bəzi əməllərin olmasıdır. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) əməlində münafiq olanları belə vəsf etmişdir: “Kimdə bu dörd xislət olarsa, xalis münafiq olar. Bu vəsflərdən biri olarsa, onda münafiqlikdən bir pay olar: danışanda yalan danışar, əhd bağlayanda xəyanət edər, mübahisə edəndə günah edər, əmanətə xəyanət edər.”  

33. Sual: İslam dininin ikinci məqamı hansıdır?

Cavab: Dinin ikinci mərtəbəsi imandır.

34. Sual: İmanın neçə hissəsi vardır?

Cavab: İmanın yetmiş neçə hissəsi vardır. Ən yüksəyi “lə iləhə illəllah”, ən aşağısı əziyyət verən bir şeyi yoldan götürmək, həya da imanın bir hissəsidir.

35. Sual: İmanın əsasları neçədir?

Cavab: İmanın altı əsası vardır. Allaha, mələklərinə, kitablarına, Peyğəmbərlərinə, axirət gününə, qədərin xeyir və şərinə iman gətirmək.

Davamı var…

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Fəqih.com heyəti