Məqalələr Müxtəlif

Əməllərin yazılması və iki qiyamət

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Uca Allah bizlərə — insanların sağında və solunda olmaqla — onların söz və əməllərini yazan iki mələyin varlığından bəhs etmişdir.. Eyni zamanda dünyada ikən deyilmiş hər bir sözün tək-tək yazılmasını, habelə sözün az olmasına baxmayaraq böyük mənalar ifadə edərək ortaya çıxardığı əməllərin yazılmasını da xəbər vermişdir..

Daha sonra, kiçik qiyamət olan — ölüm bihuşluğundan bəhs etməklə, bunun həqiqətən reallaşacağından, qulun Allah ilə qarşılaşması, ruhun O`na yüksəlməsi və böyük Qiyamət qopmadan əvvəl, ruha savab və ya əzab veriləcəyindən xəbər verməkdədir..

Sonra böyük Qiyamət haqqında xəbər verərək belə buyurmuşdur: «Sonra sura üfürüləcək, bu — təhdidin gerçəkləşdiyi gündür..» (Qaf 20)

Uca Allah bu böyük gündə bütün yaradılmışların hallarından xəbər verərək, bu gündə hər kəsin ona şahidlik edəcək bir şahidlə Yaradanın hüzuruna gələcəklərindən bəhs edir.. Haqqında danışdığımız şahidlik yalnız — (həmin insanın) orqanlarının, üzərində yaşadığı yer üzünün edəcəyi, Peyğəmbərin və ya möminlərin onun lehinə və ya əleyhinə edəcəyi şahidlik deyildir.. Uca Allah quluna (dünyada onu müfafizə etmək üçün təyin etdiyi) mühafizə mələklərini, peyğəmbərləri, qulun üzərində xeyir və şər işləmiş olduğu yerləri (əraziləri) və üzərində xeyirsiz əməllər işlədiyi — dərisini də şahid tutacaqdır (!).. Onlar üçün — (hər şeyi bilməsinə baxmayaraq) məhkəməsiz hökm verməyəcək. Allah ədalətlilərin ən ədalətlisi və hökm verənlərin ən üstün olanıdır..

Buna görədir ki, Uca Allah Öz Peyğəmbərinə — sadəcə şahid olmasıyla, insanlar arasında hökm verəcəyini, yalnız bildikləri ilə kifayətlənərək, hökm verməyəcəyini xəbər vermişdir..

Buxari (2458) və Muslim (1713) Ummu Sələmədən rəvayət etmiş olduqları hədisdə Allahın elçisi (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Siz — mənə aranızda olan anlaşılmazlıqlarınızı gəlib daşırsınız.. Ola bilər ki biriniz, gətirdiyiniz sübutlarla digərinizdən daha üstün olasınız.. Mən də, eşitdiklərimə görə hökm verirəm.. Hər kim qardaşının haqqından bir şeyi bilmədən götürmüşsə, onu mənimsəməsin.. Belə etməklə atəşdən bir parça qoparmış olar..»

Elə isə heç bir dəlil və sübut olmadan, yalnız öz ağlına güvənərək hökm verən bir hakimin bu halının onu nə hallara salacağını düşünmək belə çətindir.

Sonra Uca Allah, əslində qafil olunmamalı və zehnlərdə həkk olunması vacib olduğu halda, bu vəziyyətdən insanın qəflətdə olduğunu xəbər vermiş və belə buyurmuşdur: «(Qiyamət günü ona deyiləcək) And olsun ki, sən bundan qafil idin..» (Qaf, 22)

Sonra qiyamət günü — eynilə yuxusundan oyandığı zaman insanın qəlbindən mürgüləmə pərdəsinin qaldırılıb gözləri açıldığı kimi- həmin insandan da, bu qəflət və unutma pərdəsinin qaldırılacağı xəbər verilmişdir.. Bu pərdənin bir quldan qaldırılması, eynilə yuxudan oyandığı zaman yuxu pərdəsinin ondan qaldırılması halı kimidir..

Ey insan! Qafillik heç kimə fayda vermədi! Elə isə, Rəbbinin Cənnət dəvətini qəbul et və qafillərdən olma!

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment