Uşaqlar üçün

Əl-Həsib — Əsmaul Husna (Allahın gözəl İsimləri)

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الْحَسِيبُ
Əl-Həsib

Əl-Həsib – Haqq-hesab tələb edən, heç bir şeyi nəzərdən qaçırmayan deməkdir. “Hesab edən olaraq Allah kifayətdir”. (ən-Nisa 6).

Həsib – Qiyamət günü qullarını hesaba çəkəcək və sorğu-sual edəndir. Hər bir xeyir Ondan umulur, rəhməti ilə bəla və müsibətləri dəf edəndir. Ehtiyaclar üçün Ona dua edildiyinə görə ehtiyacları qarşılayandır. Hesab çəkən, şahid olan Uca Allahdır.

Ömər (Allah ondan razı olsun) deyərdi ki: “Hesaba çəkilmədən əvvəl nəfislərinizi hesaba çəkin. Əməlləriniz çəkilmədən əvvəl sizlər əməllərinizi çəkin və Uca Allahın buyurduğu o, günə hazırlaşın”. “O, gün siz Rəbbinizin hüzuruna gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır”. (əl-Həqqa 18).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-basir

Şəkili yüksək keyfiyyətdə yüklə (2.5 Mb)