Uşaqlar üçün

Əl-Həqq — Əsmaul Husna (Allahın gözəl İsimləri)

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الحَقُّ‎
Əl-Həqq

Əl-Həqq – Haqq, Həqiqət mənasındadır. Qurani kərimdə 285 ayədə keçir. Kəsin olaraq sabit olma,
gərəkli olan (sübut, vacib) mənasında işlədilir. “Şübhəsiz onların çoxunun üzərinə o, söz (əzab) haqq olmuşdur”. (Yasin 7).

Həlimi deyir ki: “Haqq – inkarı mümkün olmayan, isbat edilməsinə ehtiyac olmayan, varlığı qəbul ediləndir. Buna görə də uca Allahın varlığı qəbul ediləsi şeylərin ilkidir. Varlığı inkar edilməz.”

Uca Allahın hər sözü və feli haqdır. Onunla görüşmək haqdır. Göndərdiyi Peyğəmbərlər və nazil etdiyi kitablar haqdır. Dini də haqdır. Heç bir şeyi Ona şərik qoşmadan yalnız Ona ibadət etmək də haqdır. “Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir”. (Loğman 30). “De ki: “Haqq Rəbbinizdəndir”. (əl-Kəhf 29). Allahın bütün isimləri, sifətləri və felləri haqdır. Ona ibadət etmək haqdır. Onun qullarına vədi, əzabı və hesabı da haqdır. Qullar haqqında hökmü ədalətdir və bu hökmündə heç bir haqsızlıq yoxdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şəkili yüksək keyfiyyətdə yüklə (2.4 Mb)