Uşaqlar üçün

Əl-Həfiyy — Əsmaul Husna (Allahın gözəl İsimləri)

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الحَفِيُّ
Əl-Həfiyy

Əl-Həfiy – Lütfkar, xoşsifət, bilmək, sevinmək, “O, mənə qarşı çox mehriban və lütfkardır (HƏFİY)”. (Məryəm 47).

Əzhəri deyir ki: “Həfi – bilmək, sevinmək”. Suddi deyir ki: “Dostluq, yoldaşlıq, çox yaxın bir münasibət”. Bəzən də Həfiy Hakim mənasında da işlədilir. Ərəblər hakimlərə Həfiy də deyərdilər. Həmçinin də yaxşılıq edən, hörmət edən, köməyə gəlmək mənasındadır.

Dilçi alimlərindən əl-Fərra deyir ki: “O, mənə qarşı çox mehriban və lütfkardır”. (Məryəm 47) ayəsində: “Mənə qarşı lütfkar davranan, dua etdiyimdə duamı qəbul edən, ehtiyaclarımı qarşılayan şəkilindədir” deyə

açıqlamışdır.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Şəkili yüksək keyfiyyətdə yüklə (2.3 Mb)