Uşaqlar üçün

Əl-Cəbbər — Əsmaul Husna (Allahın gözəl İsimləri)

Kəmal Hüseyn, İsim və Sifətlər Tövhidi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

الْجَبَّارُ
Əl-Cəbbər

Cəbr kökündən gəlməkdədir. Hər hansı bir şeyi islah etmək, düzəltmək deməkdir. Bir kimsəni fəqirlikdən qurtararaq zənginləşdirmək və ya qırılan sümükləri düzəltməkdir. “O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. Cəbbardır (hökmünə məcbur edəndir)”. (əl-Həşr 22-24).

Əl çatılmaz, yüksək, əl çatmayan xurma ağacına Nəhlətun Cəbbar deyilir. “Ya Musa! Orada nəhəng adamlar vardır”.(əl-Maidə 22). Bir kimsə uzun boylu, iri və qüvvətli olduğu zaman yüksək olan xurma ağacına bənzədilərək Raculun Cəbbar deyilir. İbn Abbas (Allah ondan razı olsun) deyir ki: “Cəbbar, ulu və uca deməkdir. Cəbərutullah. Allahın əzəməti və ucalığı deməkdir”.

Bu Sifət üç mənaya dayanır. Hökmüranlıq, üstünlük və ucalıq. Zəifləri düşdükləri vəziyyətdən qurtarmaq, Onun yolunda qırılmış qəlbləri düzəldən, yoxsulları zənginləşdirən, çətinlikdə olana hər çətinliyi asanlaşdıran, müsibətə uğrayana güc və qüvvət verərək səbr etməsini, əcr qazanmasına, ucalığına boyun əyənlərin qəlblərinə bir mutluluq və sevinc verəndir. Bütün varlıqlar Ona boyun əyər. Hər kəs Onun əmrlərinə uymaq məcburiyyətindədirlər. Allah əmr edilən deyil, əmr verəndir. O, məğlub deyil, qalib olandır.

Uca Allah qulları arasında özlərini Cəbbar (üstün güc sahibi, zorba) olaraq göstərənləri pisləmişdir. “Allah hər təkəbbür sahibinin, zalımın ürəyini belə möhürləyir”. (əl-Mumin 35). Peyğəmbər (Allahın salamı və salavatı onun üzərinə olsun) buyurdu: “Yer üzündə təkəbbürlü və zorba olanlar qiyamət günündə insanların üzərinə basdıqları qarışqalar kimi diriləcəklər”

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

al-basir

Şəkili yüksək keyfiyyətdə yüklə (2.5 Mb)