Müxtəlif

Əgər duana cavab gecikirsə…

Duana cavab gecikdə tələskənlik edib Rəbbinə «Niyə ey, niyə ey Rəbbim?» demə.

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Şeyx İbn Bəzz (Allah ona rəhmət etsin) demişdir:

Duana cavab  gecikdə tələskənlik edib Rəbbinə «Niyə ey, niyə ey Rəbbim?» demə. Özünə, öz nəfsinə qayıt, bəlkə səndə günah və asilikdən elə bir şey var ki, o icabətin gecikməsinə səbəb olur.

İcabətin gecikməsinə başqa bir şey də səbəb ola bilər ki, bu da bunun sənin üçün daha xeyirli olmasıdır. Rəbbini ittiham etmə, özünü günahlandır, əməllərinə və keçmişinə bir nəzər sal, özünü və əməllərini islah et, Rəbinin əmrlərini doğru-düzgün yerinə yetir, Ona elm üzərində ibadət et, Onun əmrlərini yerinə yetirib qadağalarından çəkin, hududlarını aşma. Bil ki, Allah Hikmət sahibidir və Biləndir. O Yaqub Yusufun (Allahın onların ikisinə də salamı olsun) geri qayıtması üçün elədiyi duanın cavabının gecikməsi kimi icabəti uzun bir müddətə təxirə sala bilər. Duanın qəbul olunmaması ilə Rəbbin bəlkə sənə bundan daha yaxşısını vermək istəyir və yaxun hər hansi bir şərri səndən uzaqlaşdırmaq istəyir. Necə ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) hədisdə buyurmuşdur:

«Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər — ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər”. Əbu Səid dedi: “Elə isə duaları çoxaldaq!” Allah Elçisi dedi: “Allah daha çox verəndir!» (əl-Buxari “Ədəbul-Mufrad” 710).

Mənbə: Məcmu` əl-Fətəva

Hazırladı: Əminə Ummu Abdilləh

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha