Uşaqlar üçün

Dinləmə ədəbi

Sahib Əsədov

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

 

Cüt qulaq və bir dil, mənası nədir?

Bir deyib iksin eşitməyindir.

Susmağın başının rahatlığıyla,

Şeytanı içində əritməyindir.

Qardaşa gülümsə əcr qazan sən,

Bunu bacarmasan xeyirlə dindir.

Önündə dayanan hər mömin ilə,

Fürsət tapan kimi onu sevindir.

Gülər üz içindən gəlməyən anlar,

Önündə olanı dinlə, bəsindir.

Çünki,danışan çox, dinləyən azdır,

Gözəl dinləyən kəs xalqa şirindir.

Ən gözəl dinləyən Allah elçisi,

Bu yolda nümunən və mənhəcindir.

Kəsmədi danışan kəsin səsini,

«Bitdimi söhbətin» deyən Əmindir.

Söz kəsmək gözlərə çox görünməyən,

Mənşəyi bilinməz bir düşmənindir.

Olma hər söhbətin qulaq şahidi,

Zənn etmə düşmənin təkcə dilindir.

Gözlərin gördüyü günahlar isə,

Şərəfi aparan bir adətindir.

Ürəkdən ürəyə yol tapan insan,

Dilinə sünnəni tətbiq edəndir.

Səfehin cavabı susmaqdır bəzən,

Bəzən də danışmaq haqqı sənindir.

Millətin dərdinə qalma biganə,

Dinləyib sünnəni demək çətindir?

Bilməyən kimsələr danışmasaydı,

Fitnələr dəvətə olmazdı kəndir.

Elm incədir, sərt ürəklərə girmir,

Sərt ürək əxlaqa hacətindəndir.

Elm dəqiq olur, bu üzdən də o,

Günahı xoşlamır, çünki, o dindir.

Gözəlcə dinləyən yığar məlumat,

Dinləmək bilməyən yol cahilindir.

Dinlənmək istəyən, şöhrət fitnəsin,

Qova bilməyənlər gör neçə mindir!?

Alimlər illərlə elmi dinləmiş,

Bu isə bil, ixlas nemətindəndir!

Hazırladı: Beynəlxalq Mədinə İslam Universitetinin tələbəsi, Sahib Əsədov

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha