Məqalələr

Dinc əhalini öldürməyin hökmü

Qətl törətmək ən böyük günahlardan sayılır.

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Müsəlmanları Cənnətdən uzaqlaşdırıb Cəhənnəmə salan səbəblərdən biri onun dinində fitnəyə düşməsidir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ölümünə yaxın Əbu Muveyhibə ilə Baqi qəbirstanlığına getdikdə ona dedi: «Fitnələr bizə doğru üz çevirib. Fitnə olacaq. Sonra yenə fitnə olacaq. Əvvəlki fitnə sonrakına nisbətən daha şiddətli olacaqdır». Digər bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: «Bu ümmətin yaxşı vaxtları əvvəllərində oldu. Sonra gələn vaxtlarda bəlalar olacaqdır. Fitnələr olacaq və bu fitnələr biri birini əvəzləyəcəkdir. Fitnə olduqda mömin deyəcəkdir: «Bu mənim həlakımdır. Sonra isə həmin fitnə keçib gedəcəkdir. Yenə fitnə olacaqdır. Mömin yenə deyəcəkdir: «Mənim həlakım budur».

Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) ölümündən sonra fitnələr müsəlmanlara doğru yönəlməyə başladı. Fitnələr biri-birini əvəz etməyə başladı. Bu fitnələrdən biri də dinc əhalini öldürməkdir. Bu elə bir əməldir ki, bunu nə islam nə də ki, salamat olan ağıl qəbul edir. Əhalini bu şəkildə öldürməyin şəriətə bir çox müxalifliyi vardır. Bunlardan bəzilərini qısa olaraq qeyd edirik:

1. Qətl törətmək ən böyük günahlardan sayılır. Nəinki müsəlmanı, hətta qeyri müsəlmanı belə döyüş meydanından kənarda öldürmək haram və ən böyük günahdır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Kim ki zimmini öldürərsə Cənnətin iyini belə dadmaz».
Peyğəmbər kafiri öldürməyi belə haram buyurmuşdur. Müsəlmanı öldürmək isə necə? Bu barədə varid olan bəzi ayə və hədisləri xatırladırıq. Uca Allah buyurur: «Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar»(ən-Nisə, 93). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Müsəlmanı 3 şeydən başqa qanını tökməh haramdır». Digər bir hədisdə buyurur: «Nəfsim əlində olana and olsun ki, mömini qətlə yetirmək Allah dərgahında dünyanın ağırlığından belə ağırdır». Digər bir hədisdə «Kim bir müsəlmanı öldürərsə Allah ondan nə adilliyini nə də verdiyi sədəqəni qəbul edər». Digər bir hədisdə də «İnsan dinin rahatlığını o vaxta qədər dadar ki, haram olan qanı tökməsin». Digər bir hədisdə də «İnsan o vaxta qədər xeyrə nail olmağa can atar ki, haram qan tökməsin. Haram qan tökdükdə hər bir xeyir ondan kəsilər». Digər bir hədisdə «İnsan o vaxta qədər saleh bəndə olar ki, haram olan qanı tökməsin, haram olan qanı tökdükdə salehliyi belə gedər».

2. Yer üzərində fitnə fəsad törədirlər. Uca Allah buyurur: «İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir . O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir». (əl-Bəqərə, 204-205)
Fitnə fəsad törədənlərin cəzası barədə Allah buyurur: «Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək, və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir». (əl-Maidə, 33)

3. Müsəlmanlara əziyyət verir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Yollarında müsəlmanlara əziyyət verən lənətlənmişdir». Əgər yolda müsəlmana əziyyət verməyə lənət varsa indi gör müsəlmanlara məsciddə namaz qılarkən və s. dinc olan yerlərdə əziyyət vermək necə. Bu cür əməllər müsəlmana yaraşmayan bir əməldir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) müsəlmanı vəsf edərkən buyurmuşdur: «Müsəlman o kəsdir ki, onun əlinən və dilindən digər müsəlmanlar əziyyət görməzlər».

4. Bu əməli etməklə zülm etmiş olur. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: «Zülmdən qorxun! Zülm qiyamət günü zülümət olacaqdır». İbn Qeyyim demişdir: «Hansı şey ki adilliydən haqsızlığa, rəhmətdən zülmə, məsləhədən məfsədəyə, hikmətdən hikmətsizliyə keçərsə o şey şəriətdən deyildir.»

Hazırladı:  Ramil Soltanov
20.11.2012

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha