Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
1. Təmizliyə diqqət yetirmək:
– çimmək
– gözəl geyinmək
– ətirlənmək
– misvak istifadə etmək
– dırnaqları kəsmək
2. Cümə namazı qılmaq
Uca Allah buyurur: “Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir”. (əl-Cumuə:9)
3. Kəhf surəsi oxunmaq
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurub: “Kim cümə günü Kəhf surəsini oxuyarsa onun üçün iki cümə arasında bir nur olar” (Hakim, Şeyx Albani səhihləşdirmişdir, “İrvaul Ğalil”, 626)
4. Salavat oxumaq
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Hər kim mənə bir salavat deyərsə, Allah o kimsəyə on salavat deyər.” (Muslim)
5. Dua etmək
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: “Cümə günündə elə bir saat var ki, hər hansı müsəlman qul namazda həmin saatda Allahdan bir şey istəyərsə, şübhəsiz, Allah ona istədiyini verər.” Əli ilə işarə edərək saatın qısa bir vaxt olduğunu göstərdi”. (Muslim, 852).
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Mənbə: fəqih.com heyəti
[button color=”eg. red” link=”http://www.feqih.com/wp-content/uploads/2016/02/jumua.png” target=”_blank”]Şəkili yüksək keyfiyyətdə yüklə (1.06 Mb)[/button]