Rəhmli və Mərhəmətli Allahin adi ilə
Allah bəndəsini qoruyan əməllər
Cin-şeytanlardan qorunma
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Şeytanı söyməyin, lakin Allaha onun şərindən sığının”. əl-Muxlis, 9/196; ad-Daylami, 4/148. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiq etmişdir.
- “əl-Bəqərə” /İnək/ surəsinin oxunuşu
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Evlərinizdə “əl-Bəqərə” surəsini oxuyun! Həqiqətən bu surə oxunan evə şeytan daxil olmaz”. əl-Hakim, 1/561. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiq etmişdir.
- Səhər və axşamlar “əl-Kursi” ayəsinin oxunuşu
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Səhər “əl-Kursi” ayəsini oxuyan kimsə axşama qədər cinlərdən qorunmuş olar, onu axşam oxuyan isə səhərə qədər cinlərdən qorunmuş olar”. əl-Hakim, 1562. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiq etmişdir.
- Yatmaqdan əvvəl “əl-Kursi” ayəsinin oxunuşu
Rəvayət olunurki, bir dəfə Əbu Hureyra (Allah ondan razı olsun) toplanmış zəkat malını qoruyanda bir oğru yaxaladı və həmin oğru ona dedi: “Məni azad et, məndə sənə elə bir kəlmələr öyrədimki, onu Allah sənin üçün faydalı edər!” Əbu Hureyra soruşdu: “O hansı kəlmələrdi?” O dedi: “Yatmamışdan əvvəl “əl-Kursi” ayəsini əvvəldən axıra qədər oxusan səninlə daima Allah tərəfindən göndərilən bir muhafizəçi olar və şeytan sənə səhərə qədər yaxınlaşa bilməz!”. Bundan sonra Əbu Hureyra bu haqda peyğəmbərə (Allahın ona salavat və salamı olsun) danışdı və o dedi: “Onun qatı yalançı olmaqına baxmayaraq, sənə doğru bir şey dedi!” Sonra peyğəmbər (Allahın ona salavat və salamı olsun) həmin oğrunun insan cismində olan şeytan olduqunu bildirdi. əl-Buxari, 2311.
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: “İslama daxil olmuş və ağıl sahibi olan və “əl-Kursi” ayəsini oxumayıb yatan kimsə görmədim”. Əbu Davud. İsnadı həsəndir. Bax “Səhih əl-azkar”, 167.
- Gecə “əl-Bəqərə” surəsinin axırıncı iki ayəsinin oxunuşu
Əbu Mə‘sud əl-Badri (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim gecə “əl-Bəqərə” surəsinin axır iki ayəsini oxuyarsa, bu ona kifayət olar”. əl-Buxari, 4008; Muslim, 807.
İmam an-Nəvavi, Allah ona rəhmət etsin, demişdir: “Bu ona kifayətdir deyildikdə, insan üçün gecə namazını əvəz etmək və ya bütün gecə ərzində şeytandan qorunmaq və ya hər bir şərdən qorunmaq üçün deyilib. Bu kəlmələr sadalanan hər bir şeyi əhatə edə bilər”. Bax “Şarh səhih Muslim”, 6/417.
Numan ibn Bəşir (Allah ondan razı olsun) rəvayət edirki, Allah rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Həqiqətən Allah səmaları və yerləri yaratmamışdan min il əvvəl Kitabı yazmışdır. O ondan (Kitabdan) “əl-Bəqərə” surəsinin axirincı iki ayəsini nazil etmişdir. Bu ayələri üç gecə müddətində oxunan evə şeytan yaxınlaşmaz”. əl-Hakim, at-Tabarani. Hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 1799.
- Allahı zikr etmək
Xaris əl-Aşari (Allah ondan razı olsun) rəvayət edirki, Allah rəsulu (Allahın ona salavat və salamı olsun) Yəhya ibn Zəkəriyyə İsrail oğullarına nəsihət edərək demişdir: “ Allah Onu çoxlu zikr etməyini əmr etmişdir, çünki Allah zikri insanın öz düşmənlərindən qorunduqu möhkəm bir qalaya bənzərdir. Allahın bəndəsi məs Allahı zikr etdiyi zaman şeytandan daha yaxşı qorunmuş olur”. ət-Tirmizi, 2863; at-Tayalisi, 5/1161; əl-Hakim, 1/117. İmam Əbu İsa ət-Tirmizi və şeyx əl-Albani bu hədisin səhih olduqunu təsdiqləmişlər.
- İnsanın evindən çıxdıqı zaman etdiyi dua
Ənəs (Allah ondan razı olsun) rəvayət edirki, Allah rəsulu (Allahın ona salavat və salamı olsun) demişdir: “Evindən çıxan bir kimsə “Allahın adı ilə, mən Allaha təvəkkül etdim və Allahdan başqa güc və güvvət sahibi yoxdur” kəlmələrini desə, ona: “Sən doğru yola yönəldin, (şərdən) azad oldun və qorundun” deyilər və şeytan ondan uzaq duraraq bir başqa şeytana deyər: “Axı sən doğru yolda olan, (şərdən) azad olmuş və qorunmuş bir insana nə edə bilərsən?!” Əbu Davud, 5090; ət-Tirmizi, 3426. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.
بِسْمِ اللَّهِ، تَوَكَّلْتُ عَلَى اللَّهِ، وَلاَحَوْلَ وَلاَقُوَّةَ إِلاَّ بِاللَّهِ
/Bismilləhi tauakkəltu alə-Llahi ua lə həulə ua lə quvvətə illə bi-Lləh/
Yüklə- Məscidə daxil olduqda edilən dua
Abdullah ibn ‘Amr (Allah ondan razı olsun) rəvayət edirki: “Peyğımbər (Allahın ona salavat və salamı olsun) məscidə daxil olduqda deyərdi: “ Lənətlənmiş şeytandan Əzəmətli Allaha, Onun gül-camalına və əzəli mülkünə sığınıram!” İnsan bu kəlmələri deyəndən sonra, şeytan deyər: “O məndən gün ərzində qorunmuşdur”. Əbu Davud, 466. Şeyx əl-Albani hədisin səhih olduqunu bildirmişdir.
اَعُوذُ بِاللَّهِ الْعَظِيمِ، وَبِوَجْهِهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ
/Ə‘uzu bi-Lləhil-‘Azımi və biuachihil-Kərimi və sultanihil-Qadimi minəş-şeytanir-racim/
YükləƏbu Tayaxadan rəvayət olunurki, günlərin bir günü bir kişi ƏbduRəhman ibn Hənisdən soruşdu: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) yanına şeytanlar gəldikdə o nə etdi?” ƏbduRəhman dedi: “Şeytanlar onun yanına müxtəlif yerlərdən, dağlardan, dərələrdən gəlmişlər və onların arasında bir şeytan, peyğəmbər (Allahın ona salavat və salamı olsun) yandırmaq üçün əlində bir çıraq ilə gəlmişdir”. Hədis ravilərindən biri dedi: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onları gördükdə arxaya çəkilməyə başladı”. Bu zaman Cəbrayıl gəldi və dedi: “Ya Muhəmməd, de !” Peyğəmbər (Allahın ona salavat və salamı olsun) soruşdu: “Nə deyim?” Cəbrayıl dedi: “De: “Allahım sənin yaratdıqından, xəlq etdiyindən, səmadan nazil olan və səmaya qalxan şərdən, və yerlərdə yaratdıqın və yerdən çıxan şərdən, və gecə və gündüzün fitnəsindən, və gecələr gələnlərin şərindən, özüylə xeyr gətirənlər istisna olmaqla, üzərində heç kimin, nə saleh nə də fasiqin ucala biləcəyi kəlmələrinə sığınıram, ya ər-Rəhman!!” – bundan sonra Qudrətli və Əzəmətli Allah şeytanların odunu söndürdü və onları axırıncısına qədər məhv etdi”. Əhməd, 3/419; İbn əs-Sünni, 637. Şeyx əl-Albani və AbdulQadir əl-Arnaut hədisin səhih olduqunu bildirmişdir.
اَعُوذُ بِكَلِمَتِ اللَّهِ التَّامَّاتِ الَّتِي لاَ يُجَاوِزُهُنَّ بَرٌّ وَلاَ فَاجِرٌ مِنْ شَرِّمَا خَلَقَ، وَبَرَأَ وَذَرَأَ، وَمِنْ شَرِّمَايَنْزِلُ مِنَ السَّمَاءِ، وَمِنْ شَرِّ مَا يَعْرُجُ فِيهَا، وَ مِنْ شَرِّ مَا ذَرَأَ فِي الأَرْضِ، وَمِنْ شَرِّمَا يَخْرُجُ مِنْهَا، وَمِنْ شَرِّ فِتَنِ اللَّيْلِ وَالنَّهَارِ، وَمِنْ شَرِّ كُلِّ طَارِقٍ إِلاَّ طَارِقًا يَطْرُقُ بِخَيْرٍ يَارَحْمَنُ
/Ə‘uzu bikəliməti-Lləhi ttəmməətil-ləti lə yucəuizuhunna bərrun və lə fəcirun min şərri mə xaləq və bar‘ə və zəra‘ə və min şərri mə yənzilu minəs-səmə‘i ua min şərri mə yə‘rucu fihə və min şərri mə zəra‘ə fil-ard, və min şərri mə yəxrucu minhə, və min şarri fitənil-leyli uən-nəhər, və min şərri kulli tariqin illə tariqan yətruqu bixayrin yə Rahmən/.
YükləHazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha