Dua və zikrlər

Cəhənnəmdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Cəhənnəmdən qorunma

Ənəsdan (Allah ondan razı olsun) rəvayət olunur ki peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Bir kimsə Allahdan üç dəfə Cənnəti diləsə, Cənnət deyər: “Allahım, onu cənnətə daxil et!”. Bir kimsə üç dəfə cəhənnəm odunun əzabından Allaha sığınarsa, cəhənnəm odu deyər: “Allahım, onu cəhənnəm odundan qoru!”.
Misal: “Allahım, həqiqətən mən Səndən cənnət diləyirəm və cəhənnəm odundan Sənə sığınıram!”. ət-Tirmizi, 2572; ən-Nəsai, 5521. Şeyx əl-Əlbani hədisin səhih olduqunu təsdiqləmişdir.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ وَ أَسْتَجِيرُ بِكَ مِنَ النَّارِ

/Allahummə inni əss`əlükal-cənnətə ua əstəciru bikə minə-n-nər/.

Yüklə

Salman əl-Farisi (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “ Kim bir dəfə desə “Alahım! Həqiqətən mən Səni, Sənin mələklərini, və Sənin Ərşini daşıyanları, və göylərdə və yerlərdə olanları şahid olaraq çağırıram ki Sən Allahsan, və Səndən başqa ilah (ibadətə layiq) yoxdur və Sənin şərikində yoxdur. Və şəhadət edirəmki Muhəmməd sənin qulun və rəsulundur” – Allah onun üçdə birini cəhənnəm odundan azad edər. Bə kəlmələri iki dəfə təkrar edənin Allah yarısını cəhənnəm odundan azad edər. Bu kəlmələri üç dəfə təkrar edəni isə Allah tam olaraq cəhənnəm odundan azad edər”.əl-Hakim, 1/523. Şeyx əl-Albani hədisin səhih olduqunu təsdiqləmişdir. Bax “Silsilə əs-səhih” 267.

أَللَّهُمَّ إِنِّي أُشْهِدُكَ، وَأُشْهِدُ مَلاَئِكَتَكَ وَحَمَلَةَ عَرْشِكَ وَأُشْهِدُ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الأَرْضِ، أَنَّكَ أَنْتَ اللهُ، لاَ إِلَهَ إِلاَّ أَنْتَ، وَحْدَكَ، لاَ شَرِيكَ لَكَ، وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُولُكَ

/Allahummə inni uşhidukə ua uşhidu mələikətəkə, ua həmələtə ərşik, ua uşhidu mən fi-s-səməuəti ua mən fil ərd, ənnəkə əntə-Llahu lə iləhə illə əntə uahdak, lə şərikə lək, ua əşhədu ənnə Muhəmmədən ‘əbdukə ua rasuluk/.

Yüklə

Abu Hureyradan (Allah ondan razı olsun) rəvayət olunurki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) namazın sonunda, təslimdən öncə Allaha dörd şeydən sığınaraq deyərdi: “Allahım, Sənə cəhənnəm əzabından və qəbr əzabından, və dünya və ölüm fitnəsindən və Məsih əd-Dəccalın fitnəsindən sığınıram”.əl-Buxari, Muslim, ən-Nəsai, Əbu ‘Auana, İbn əl-Carud və s. Bax “İrua əl-Ğalil”, 350.

أَللَّهُمَّ إِنِّي أَعُوذُبِكَ مِنْ عَذَابِ جَهَنَّم، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ

/Allahummə inni əuzubikə min əzəbi cəhənnəm, ua min əzəbil-qabr, ua min fitnətil-məhyə ual-məmət, ua min şərri fitnətil-məsihi-dəccəl/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha