Məqalələr

Bunu heç düşündünmü?

Allaha and olsun ki, biz bu mənalardan qafilik…

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

İbnu Useymin (Allah ona rəhmət etsin) buyurur: ““…və (Allah) təmiz olanları sevir.” (əl-Bəqara, 222)

Paltarını nəcasətdən təmizləyəndəhiss et ki, Allah səni sevir, çünki Allah təmiz olanları sevir…

Dəstəmaz aldıqdahiss et ki, Allah səni sevir, çünki (bunu etməklə) sən təmizlənirsən…

Qusl aldıqdahiss et ki, Allah səni sevir, çünki Allah təmiz olanları sevir…

Allaha and olsun ki, biz bu mənalardan qafilik…

Təmizlik namazın şərtlərindəndir. Namaza xələl gətirməsi qorxusundan ən çox etdiyimiz də, məhz nəcasətdən və digər natəmizliklərdən təmizlənməyimizdir. Lakin bununla yanaşı bizdən çox şey gizli qalır və biz bunun Allaha yaxınlıq və Onun bizi sevməsinə səbəb olacağını hiss etmirik (düşünmürük)…

Beləki, bir insanın paltarına düşən bir nöqtə nəcasəti təmizləməyinin belə Allahın sevgisini bizə cəlb etdiyini düşünsək, bunun səbəbi ilə bizə bir çox xeyirlər hasil olar…

Lakin biz — qəflətdəyik…” (Şərhu «Əqıdətil Vəsitıyyəh», 1/217).

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Tərcümə etdi: feqih.com saytının heyəti