Fiqh Oruc

Bu bir il oruca bərabərdir

Bizdən hər birimiz aşura orucunun bir il keçmiş günahlara kəffarə olduğunu bilirik.
Lakin aşura orucunun bir il oruca bərabər olduğunu kim bilir?

Əbu Qatədə (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu:
«Ey Allahın Rəsulu, bir kişi aşura orucunu tutarsa onun savabı nədir?»
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cavab verdi:
«Bu bir il oruca bərabərdir».

Səhih İbn Hibban, 3631.
Şueyb Arnaut hədisin isnadının Muslimin şərtinə uyğun olaraq səhih olduğunu deyib.

Hazırladı: Emin Hacıyev