Bəzi müsəlmanlar belə bir sual verirlər: Ramazan ayından bəzi şəri səbəblərə görə tutmadığım oruclar qalıb. İndi şəvval ayının oruclarını tutum yoxsa ramazanın qəzalarını?
Cavab: İki səbəbə görə, öncə ramazan ayının qəzaları tutulmalıdır.
Birincisi: Nafilə orucdan əvvəl fərz orucların qəzası tutulmalıdır. Çünki fərzin qəza olunması daha mühümdür.
İkincisi: Şəvval ayının altı orucu barədə gələn hədisdə Peyğəmbər ﷺ buyurur ki; “Kim ramazan ayının orucunu tutar, və ardınca şəvval ayından altı gün oruc tutarsa o, bütün ili oruc tutmuş kimidir.” [Səhih Muslim] Bu hədisə nəzər salsaq görərik ki, şəvval ayının orucu ramazan ayının oruclarını bitirdikdən sonra onun ardınca tutulmalıdır ki, tam olaraq hədisə uyğun olsun.
Qeyd: Bu, Şeyx ibn Baz, ibn Useymin (Allah onlara rəhmət etsin) və başqa bir çox alimlərin fətvasıdır.
Hazırladı: Zubeyr Dinbazov