Dua və zikrlər

Bəla və fəlakətlərdən qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Bəla və fəlakətlərdən qorunma

  • Dua

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Dua həm üz verən həm də üz veriləcək bir şeylərə qarşı xeyr gətirir. Allaha dua edin ey Allahın qulları!” Əhməd, ət-Tirmizi, əl-Hakim. Bax “Səhih əl-cəmi”, 3409. Hədis həsəndir.

Sə‘ad (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizlərə insanı bu dünyada bəla və fəlakətlərdən azad edən dua haqqında xəbər verimmi? Bu Zun-Nnunun (Yusif peyğəmbərin) duasıdır: “Səndən başqa ibadətə layiq olan haqq məbud yoxdur. Sən hər şeydən ucasan! Həqiqətən mən zalımlardan idim”.əl-Hakim, İbn Əbi Dünya, hədis səhihdir. Bax “Səhih əl-cəmi”, 2605.

لاَ إِلَهَ إِلاَّ أَنْتَ سُبْحَانَكَ إِنِّي كُنْتُ مِنَ الظَّالِمِينَ

/Lə iləhə illə əntə, subhənəkə, inni kuntu minə-zzalimin/.

Yüklə

Əsma bin ‘Umeys (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Əgər qəmə, bəlaya, xəstəliyə və ya çətinliyə düşmüş kimsə “Allah Rəbbimdir və Onun şəriki yoxdur” desə, o (dua) onu bütün bunlardan azad edər”. At-Tabarani. Hədis həsəndir. Bax “Səhih əl-cəmi”, 1299.

اللهُ رَبِّ، لاَشَرِيكَ لَهُ

/Allahu Rabbi, lə şərikə ləh/

Yüklə

İbn Ömər (Allah ondan razı olsun) rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) Allaha: “Allahım! Məni bədbəxt kimi yazıbsansa, silib məni xoşbəxt kimi yaz” duasıilə müraciət edərdi. Abdullah ibn Əhməd “əz-Zühd” əsərində, 429. Hədisin bütün raviləri etibarlıdırlar.

اللَّهُمَّ إِنْ كُنْتَ كَتَبْتَنِي شَقِياًّ فَامْحُنِي وَاكْتُبْنِي سَعِيدًا

/Allahummə in kuntə kətəbtəni şəqiyyən fəmhuni ua-ktubni sə‘idən/.

Yüklə

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha