Elanlar Məqalələr

Bacılar üçün Onlayn dövriyə başladı!

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Əziz müsəlmanlar! Allahın neməti ilə, qadınların evlərində qərar tutaraq elm almaları üçün Onlayn Mədrəsə kimi fəaliyyətə başlayan «Quran Əhlihttp://quranehli.azerbaijaniforum.com/ ) » mədrəsəsində inşəAllah yaxın zamanlarda Tələbələrimizin dərslərinin keçiriləcəyi gözlənilir.

Və nəzərinizə çatdırmaq istəyirik ki, Uca Allahın Rəhməti sayəsində Beynəlxalq Mədinə İslam Universitetinin məzunu olan Adil Rəcəbov qardaşımız, qeyd etdiyimiz «Quran Əhli» mədrəsəsində, şəriət çərçivəsində bacılara Şeyx Muhəmməd ibn ƏbdulVahhəb ət-Təmiminin (Allah ona rəhmət etsin) «3 əsas» kitabını keçməyə başlayıb. Beləki, dərslər hər şənbə və bazar səhər saat 07:00`da wiziq.com saytında canlı olaraq keçirilir.

Dərslərə qoşulmaq, imtahanlarda iştirak etmək və gələcəkdə imtahanlardan gözəl nəticələr əldə edərsə bir neçə daha yoxlamadan sonra şəhadət və həmçinin gələcəkdə başqa dövriyələrdə şəriət elmlərində diploma sahib olmaq istəyən bacılar, aşağıda göstəriləcək vasitələrlə bizimlə əlaqə saxlasınlar.

Həmçinin qeyd edək ki, istəyən qardaşlar da, zövcələri ilə birlikdə dərsi dinləyə bilərlər. Lakin qeyd etdiyimiz bu dövriyənin onun üçün sayılması, imtahanlarda iştirak etməsi və s. hələki yalnız bacılar üçün nəzərdə tutulub.

Bunun üçün isə hər dərsdən əvvəl sizlərə veriləcək link`dən keçməniz gərəklidir. Bu linki əldə etmək üçün isə, bacılar aşağıda göstərilən vasitələrlə bizimlə əlaqə saxlasınlar:

Facebook: https://www.facebook.com/feqihtube.feqihcom profilinə şəxsi mesaj yazmaqla, və ya

Skype: quranehli_moderator — bu ünvana dostluq göndərərək, ətraflı məlumat əldə edə bilərsiniz inşəAllah.

Allahdan işlərimizdə ixlas, sünnəyə tabeçilik, bərəkət və davamiyyət diləyirik. Həqiqətən O, hər şeyə Qadirdir!

Hörmətlə: www.feqih.com saytının heyəti

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment