Əqidə Firqələr Məqalələr

ər-Rahmən`in Ərşi

İbn Teymiyyə (Allahın ona rəhməti olsun) deyir: «Bu dəlildir ki, Ərş daşınılandır və Əl-ərş deyildikdə mülk nəzərdə tutulmur».

Rəhimli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə. Bundan sonra:

Ərəb dilində  «ərş» bu mənaları kəsb edir:

1- Padşahın (kralın) taxtı.  Qurandan dəlil: «…Onun əzəmətli  bir  taxtı (ərşi) var idi.» (ən-Nəml 23) 2- Evin tavanı. Qurandan dəlil : «Və ya damları (ərşləri) uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (hekayətini) bilmirsənmi?…»(əl-Bəqara 259)

3 — Kölgələnmək üçün olan bir şey. Bunada «ərş» deyirlər. Əl-Cövhəri buyurub: «əl-ərş» mülk taxtına, evin ərşi onun tavanına , əl-ərş , əl-əriyş kölgələnmək üçün  olan bir şeyə deyilir». (əs-Sihəh 3/1010. Eyni mənada «lisən əlarab 6/313. Dər sadir mətb. 1434. 3-cü nəşr). (əl-Cövhəri dil alimlərindən biridir və hicrətin 393-cü ilində vəfat edib).

4- «əl-ərş»  həmçinin ayağın üst hissəsinə də deyilir. Öncə qeyd olunanlardan məlum oldu ki,  ələrş kəliməsi : Padşahın oturduğu mülk taxtına və həmçinin tavana da deyilir. (Qurtubi 7/220)

Baxaq, ər-Rahmənin Ərşi deyiləndə bəs nə nəzərdə tutulur? — Rahmənin Ərşi  iki məna kəsb edir. Onun istiva etdiyi (ucaldığı) yer və məxluqatın tavanı.

Ərş yaradılıb və həqiqidir və məxluqatın ən böyüküdür. (Bu barədə: əl-Ərş liz-Zəhəbi 1/209 ../1/327. Muxtəsər təf. İbn Kəsir 2/572 baxmaq olar).

Sələf alimlərinin «ərş»ə verdikləri tərif: «Əl-ərş   bir cismdir ki, Allah onu yaradıb, sonra isə , ona olan ehtiyacdan deyil, istədiyi hikmətindən dolayı  üzərinə istiva edib (ucalıb) və mələklər də ərşi daşımaqla (saxlamqla) Allaha itaət edirlər və bununla yanaşı Allahın onlara ehtiyacı yoxdur. Çünkü Allah öz qüdrəti ilə həm ərşi həmdə digər məxluqatı saxlayır.» (İsbət Sıfətil uluv səh. 92. İbn Qudəmə/Şərh. )

Ərş barədə Quran və Sünnədə varid olan vəsflər:

1- Əzəmətlidir: «O, əzəmətli ərşin Rəbbidir». (ət-Tövbə 129)

2- Şan-şöhrətlidir: «Allah şan-şöhrətli ərşin sahibidir». (əl-Buruc  15)

3- Kərimdir: «O, kərim (uca, qiymətli) olan ərşin Rəbbidir!» (əl-Muminun 116)

4- Onun dirəkləri var:  Rəsulullah (Allahın ona salavat və salamı olsun) buyurur: «…və bir də görürəm ki,  Musa (Allahın ona salamı olsun) Ərşin dirəklərinin birindən yapışıb.» (Sunən ət-Tirmizi 3245 səhihdir)

5- Varid olub ki, Səd bin Muazın (Allah ondan razı olsun) ölümüylə ərş titrəyib.

6- Yer göy yaradılmamışdan öncə ərş suyun üzərində olub: «Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur». (Hud 7) (Sünnədən: Səhih Muslim 2653- cü hədis).

7- O (Ərş), Cənnətin tavanıdır. (Fəthul Bəri 3/35).

8- Ərş, yaradılmış ən böyük məxluqdur.

9- Onun çəkisi (ölçüsü) var. Necə ki Rəsulullah (Allahın ona salavat və salamı olsun) Allaha dua etdiyində buyurub: «…Sənin Ərşinin çəkisi qədər…» (İbn Məcə 3808. Səhih)

10-Ərş Mələklər  tərəfindən daşınılandır: «O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk) üzərilərində daşıyacaqdır.» (əl-Həqqa 17) İbn Teymiyyə (Allahın ona rəhməti olsun deyir: «Bu dəlildir ki,  Ərş daşınılandır və Əl-ərş deyildikdə mülk nəzərdə tutulmur». (əl-Ərş liz-Zəhəbi 1/ 284). (Amma cəhmiyyə , mötəzilə və əşarilər isə «əl-Ərş» ə mülk mənası veriblər.)

Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin məzunu, Elnur Əliyev

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment