Məqalələr

Allahın və Rəsulunun önünə keçməyin!

“Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir”

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Hucurat surəsinin ilk ayəsi Uca Allahın “Ey iman gətirənlər! Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir” ayəsidir. Bu ayə Aləmlərin Rəbbinə itaəti və Ona boyun əyməyi özündə əhatə edən bir ayədir.

Bu ayədə keçən qaydalar bütün dini, yəni həm şəriət həm də əqidəni özündə əhatə edir. Allahın razı olacağı din Özünün göndərdiyi və Rəsuluna (Allahın ona salavat və salamı olsun) da təbliğini əmr etdiyi dindir. Uca Allah buyurur “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir.” (Nəcm, 3-4).

Hər bir müsəlmana vacibdir ki, Allahın qullarına əmr etdiyi və həmçinin Rəsulunun (Allahın ona salavat və salamı olsun) çağırdığı dinə boyun əysin və nə sözü ilə, nə də əməli ilə Allah və Rəsulunun (Allahın ona salavat və salamı olsun) önünə keçməsin.

Uca Allahın “Ey iman gətirənlər! Allahı və Onun Elçisini qabaqlamayın. Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir.” (Hucurat, 1) ayəsini sələfilər iki kəlimə ilə açıqlayıblar.

İbn Qeyyim (Allah ona rəhm etsin) buyurur ki, ayənin mənasi budur ki, Allah və Rəsulu (Allahın ona salavat və salamı olsun) bir şeyi demədikcə siz deməyin, əmr etmədikcə də heç bir şeyi etməyin. İbn Qeyyimin (Allah ona rəhm etsin) də açıqladığı kimi bu ayədəki, “Allahın və Rəsulunun önünə keçmənin qadağası” həm əqidəni həm də şəriəti əhatə edir. Çünki bir şeyi demək əqidə ilə, bir şeyi etmək isə şəriət ilə bağlıdır.

Əqidə, iman və digər qeyb ilə bağlı məsələlərdə insan Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) demədiyi bir şeyi deməməlidir. Hər kim öz rəyinə, fikrinə, zövqünə və ya başqa bir şeyə əsaslanıb əqidə qurarsa o kimsə Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) önunə keçmiş sayılır.

Həmçinin şəriət və ibadət məsələləri də buraya aiddir, yəni heç kəs Allaha yaxınlaşmaq üçun Onun və Rəsulunun (Allahın ona salavat və salamı olsun) izn verib əmr etmədiyi bir şeylə Allaha yaxınlaşmağa çalişmamalıdır. Hər kim Allahın izn vermədiyi və əmr etmədiyi şəkildə Allaha yaxınlaşmağa çalışarsa, həmçinin O kimsə də Allahın və Rəsulunun önunə keçmiş sayılır. Bu ümmətin ən xeyirli sələfiləri və onlara gözəl şəkildə tabe olanlar heç zaman Allahın və Rəsulunun (Allahın ona salavat və salamı olsun) önunə keçməməmişlər. Onlar həm əməllərini həm də sözlərini şəriət tərəzisinə qoyardılar.

Səhih Muslimdə rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyur ki, “Allahın məndən əvvəl ümmətlərə göndərdiyi elə bir peyğəmbər olmayıb ki, onun əshabələri və havariləri (köməkçiləri) olmasın. Daha sonra Onların ardınca elə bir nəsil gəldi ki, onlar izn verilməyən sözləri danışır və əmr olunmayan işləri gördülər”. Hədisdə keçən Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Onlar etmədikləri şeyləri deyir və əmr olunmayan şeyləri edirdilər” sözü o kəslərdə olan iki nöqsana işarədir. Birincisi etiqadda 2 cisi isə şəriətdə. Onalar Allahdan gələn vəhyə əsaslanmayan, əsli olmayan etiqad qurdular. Həmçinin Allahin və Rəsulunun sözünə əsaslanmayan əməllər etdilər.

Müsəlmana vacibdir ki, sələfi salehin yolunda olsun. Allahın şəriətinə tabe olaraq nə əqidə məsəllərində nə də şəriət məsəllərində Allahın və R’sulunun önünə keçməsin. Bu imanın da tələb etdiyi şeydir. Ona görə də həmin ayə “Ey iman gətirənlər!” deyə başlayır. Bu, həmçinin təqvanın da tələb etdiyi şeydir. Həqiqi təqva sahibləri Allahın əmrlərinə və hökmlərinə tam boyun əyən kəslərdir. Ona görə də ayə “ Allahdan qorxun!” əmri ilə bitir.

Ayənin “Allahdan qorxun! Həqiqətən, Allah Eşidəndir, Biləndir” kəliməsi ilə tamamlanması Allahın qullarına böyük öyüd nəsihətidir. Əgər qullar Allahın gizli və aşkar bütun danışıqları və səsləri eşitməsini yəqinliklə dərk etsələr, onlar günahlardan daha çox çəkinərlər. Allahın hər şeyi eşitməsi tələb edir ki, Allah gözəl söz sahiblərini dünyada və axirətdə ən gözəl mükafatla mükafatlandıracaq. Pis söz sahiblərini isə dünyada və axirətdə cəzalandıracaq. Çünki Uca Allah o, kəslərin hərəkətlərini, gizli və aşkarlarını, qəlblərində gizlətdiklərini bilir. Ona goylərdə və yerdə olan heç bir şey gizli deyil.

“Sən ucadan danışsan da (danışmasan da, fərqi yoxdur). Çünki (Allah) sirri də, (bundan) daha gizli olanı da bilir.” (Taha, 7)

Qulun Allah gizli və aşkar bütun danışıqları və səsləri eşitməsinə olan imanı tələb edir ki, qul öz nəfsi ilə mübarizə aparsın və özünü islah etsin. İstər bu əqidə mövzusunda olsun istərsə də şəriət mövzusunda, fərq etməz. Sufyan ibn Abdullah əs-Səqafi Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) deyir ki mənə islamda elə bir şey de ki, səndən sonra heç kəsdən bu haqda soruşmayım. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ona deyir ki, “De ki, Allaha iman gətirdim sonra düz ol.”

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Mənbə: fəqih.com heyəti