Dua və zikrlər

Allahın muhafizəsini və himayəsini təmin edən əməllər

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Allahın muhafizəsini və himayəsini təmin edən əməllər

  • Fəcr namazını camaat ilə qılmaq

Cundub ibn Abdullahdan (Allah ondan razı olsun) rəvayət olunur ki peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Fəcr namazını camaat ilə qılmış kimsə, Allahın muhafizəsi altındadır”. Muslim, 657

  • Fərz namazlarından sonra “əl-Kursi” ayəsini oxumaq

Abdullah ibn Həsən öz atasından, atası isə babasından (Allah onlardan razı olsun) rəvayət edirlərki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Fərz namazından sonra “əl-Kursi” ayəsini oxuyan kimsə, gələn namaza qədər Allahın muhafizəsi altında olacaqdır”. At-Tabarani “əl-Kəbir” əsərində rəvayət etmişdir. Hafiz əl-Munziri və əl-Xəysami hədisin isnadının həsən olduqunu bildirmişlər. Şeyx Abdulqadir əl-Arnaut və Şuayb əl-Arnaut onlarla razılaşmışlar. Bax “Məcmu əz-Zəvaid”, 2/148 və “Təxric zəad əl-mə‘ad”, 1/164.

Həmçini peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Hər fərz namazdan sonra “əl-Kursi” ayəsini oxuyan kimsəni, Cənnətə daxil olmaqdan yalnız ölüm saxlar”. ən-Nəsai “Əməlül-yaumi ua-lleylə”, 100 və ibn əs-Sunni “Əməlül-yaumi ua-lleylə”, 124 əsərində rəvayət etmişlər. Hədisin səhih olduqunu əl-Munziri, İbn Abdul-Hadi, İbn Həcər, əl-Heysami, İbn Kəsir, İbn əl-Qeyyim, əs-Suyutı, əd-Dımyəti və əl-Albani kimi imamlar təsdiqləmişlər.

  • İxlasla təvəkkül etmək

Uca Allah buyurur: “Ya Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə təkcə Allah bəs edər”. əl-Ənfəl, 64.

Əbu əd-Dərda razi rəvayət edirki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Kim səhər və axşam yeddi dəfə “Mənə təkcə Allah yetər. Ondan başqa heç bir tanrı yoxdur. Ona təvəkkül etdim mən. O, böyük ərşin sahibidir!”* – kəlmələrini təkrarlasa, ona öz dünya və axirət problemlərinin həlli üçün Allah yetər”. İbn əs-Sunni “Əməlül-yaumi ua-lleylə”, 71 əsərində rəvayət etmişdir. Hədisin səhih olduqunu şeyx Abdulqadir əl-Arnaut və Şuayb əl-Arnaut təsdiq etmişlər.

حَسْبِيَ اللّهُ لا إِلَهَ إِلاَّ هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ

/Həsbiyə-Llahu lə iləhə illə hu-uə ‘əleyhi təuəkkəltu uə huuə Rabbul-‘Ərşil-‘Əzım/.

Yüklə

Uca Allah buyurmuşdur: “Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər”. ət-Taləq, 3

_______________

* ət-Təubəh, 129.

Həmd olsun aləmlərin Rəbbi olan Allaha!
Peyğəmbərimizə, onun ailəsinə, sahabilərinə və onların yolunu
təqib edənlərə səlat və salam olsun!

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir