Rəhmli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
- Quranı oxuyub tədəbbür edərək mənasını anlamağa çalışmaq;
- Fərzləri yerinə yetirməklə bərabər nafilələrlə Allaha yaxınlaşmaq;
- Hər bir halda qəlblə, dillə və əzalarla Allahı zikr etməkdə davamlı olmaq. Allahı zikr etməyin nə qədər çox olarsa, Allahın məhəbbətindən payın da bir o qədər çox olar;
- Allahın sevdiyi şeyi öz nəfsinin sevdiyi şeydən üstün tutmaq;
- Qəlbinlə daima Allahın ad və sifətlərini düşünmək, onların mənasını bilmək. Kim Allahı ad və sifətləri, felləri ilə tanıyarsa şəkk yoxdur ki, Allahın sevgisinə nail olacaqdır;
- Allahın qullarına etdiyi yaxşılıqları və ehsanı düşünmək. Allahın gizlində və aşkarda verdiyi nemətləri xatırlamaq. Çünki bunlar Allahın məhəbbətini qazandıran səbəblərdəndir;
- Allahın qarşısında qəlbini sındırmaq;
- Allah Təalənin dünya səmasına endiyi vaxtda Onunla tək qalmaq, Onu çağıraraq dua etmək, Quran oxumaq, Allah qarşısında qulluğa yaraşan şəkildə ədəblə durmaq. Bu əməlləri də sonda tövbə və istiğfarla tamamlamaq;
- Allahın sevdiyi sadiq qulları ilə oturub durmaq. Onların gözəl kəlamlarından faydalanmaq. Danışanda da məsləhət olarsa və o söhbətdə özünə və başqalarına fayda olarsa danışmaq;
- Allahla sənin qəlbin arasında maneə yaradan hər bir şeydən uzaq durmaq!
İbnul Qayyimin “Mədəricus Səlikin” kitabı, 3/18
Tərcümə etdi: Beynəlxalq Mədinə İslam Universitetinin magistr tələbəsi, Emin Hacıyev
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
Leave a Comment