Dua və zikrlər

Allah cəzasından qorunma

Allah bəndəsini qoruyan əməllər

Rəhmli və Mərhəmətli Allahin adi ilə

Allah bəndəsini qoruyan əməllər

Allah cəzasından qorunma

  • Allahı zikr etmək

Muaz ibn Cəbəl (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Allah zikrindən başqa Adəm övladının etdiyi əməllər arasında Allahın cəzasından qorunmaq üçün daha yaxşı əməl yoxdur”. Əhməd, at-Tabarani, İbn Əbu Şəyba. Hədis səhihdir. Bax “Səhih əl-cəmi” 678.

  • Zina və ribadan çəkinmək

İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Hər hansı bir qövmün yaşadıqı yerdə zina və riba yayılarsa, onlar özləri üçün Allahın cəzasını vacib edərlər”. At-Tabarani, əl-Hakim. Hədis səhihdir. Bax “Səhih əl-cəmi” 678.

Hazırlayan: Sultan Abu Muhammad (salaf-forum)
Rus dilindən tərcümə: Əbu İmran əs-Sələfinindir

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha