Məqalələr Təfsir

Bəzi ayələrin müxtəsər təfsiri

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

[toggle title=»1. əl-Furqan 27-29″]

Bir gün müşriklәrdәn olan Uqbә ibn Әbi Muayt, verdiyi ziyafәtә Peyğәmbәri dә (Allahın ona salavat və salamı olsun) çağırır. Allah Rәsulu, (Uqbә) şәhadәt gәtirmәdikcә onun yemәyindәn yemәyәcәyini bildirdikdә, Uqbә iki şәhadәt kәlmәlәrini söylәmiş, lakin daha sonra müşriklәrin böyüklәrindәn olan Ubey ibn Xalәf’in könlünü xoş etmәk üçün bu sözündәn dönmüş vә hәtta, Peyğәmbәrin (Allahın ona salavat və salamı olsun) yanına gedәrәk onu tәhqir etmәkdәn belә çәkinmәmişdi. Bundan sonra bu ayәlәr nazil oldu:

«…O gün zalım (küfrə düşməklə özünə zülm edən, peşmançılıqdan) əllərini çeynəyib deyəcəkdir: “Kaş ki, mən Peyğəmbər vasitəsilə (özümə) doğru bir yol tutardım;

Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim;

And olsun ki, Quran mənə gəldikdən sonra məni ondan (Qurana iman gətirməkdən) o sapdırdı. Şeytan insanı (yoldan çıxartdıqdan, bəlaya saldıqdan sonra) yalqız buraxar (zəlil, rüsvay edər)..» (əl-Furqan 27-29)

___________________________________
Tabәri bu tәfsiri İbn Abbas, әş-Şa’bi vә Mucahid’dәn nәql etmişdir. «Tәfsir Tabәri» 6/180[/toggle] [toggle title=»2. ən-Nisə 51-52″]

Abdullah ibn Abbas, İkrimə, əs-Suddi, Mucahid və Qatədəyə (Allah hamısına rəhmət etsin) görə bu ayə, yəhudilərdən olan Kə’b ibn əl-Əşrəf`lə ona bənzərlər və Qureyş müşrikləri haqqında nazil olmuşdur. Bu barədə İkrimə belə deyir: “Kə’b ibn əl-Əşrəf Mədinəyə gəlincə müşriklər ona: «Sən bizim qövmün də ağasısan. Bizimlə bu sonsuz (Peyğəmbərimizi qəsd edirlər) arasında hakimlik et, qərar ver..» dedilər. Yəhudi olan Kə’b (əhli-kitabdan olmasına, müsəlmanların yəhudilərə Məkkə müşriklərindən daha yaxın olmasına baxmayaraq, kin və nəfslə) belə cavab verdi: «Vallahi siz ondan daha yaxşısınız. Dininiz də onun dinindən daha xeyirlidir..» Bundan sonra aşağıdakı ayə (ən-Nisə 51) nazil oldu:

«Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: «Bunlar möminlərdən daha doğru yoldadırlar»– deyirlər..

Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan..» (ən-Nisə 51-52)

______________
«Təfsir ət-Tabəri»[/toggle] [toggle title=»3. əl-Bəqara 204-206″]

«İnsanların eləsi də var ki, onun bu dünya həyatında danışdığı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid göstərər. Əslində o, ən qatı mübahisəçidir.

O , dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir.

Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!» (əl-Bәqara 204-206)

— Bәzi müfәssirlәrә görә bu üç ayә, Әhnәs ibn Şurayk (vә ya — digәr oxunuş: Şәrik) haqqında nazil olmuşdur. Gözәl şәkildә danışan vә yaraşıqlı bir kimsә olan Әhnәs, münafiq idi. Allah Rәsulunun — sallallahu aleyhi va sәllәm — yanına gәlәr, gözәl sözlәrlә özünü әsl müsәlman kimi göstәrәrdi. Halbuki, daxili kin-küdurәtlә dolu idi, işi-gücü müsәlmanlara zәrәr vurmaq idi. (Tәfsir әt-Tabәri)

Bu ayәlәr, (xüsusilә dini mәsәlәlәrdә) hәr gözәl danışıb, xoş görünәn şәxslәrә aldanmamaq, yaxşıca әmin olmadan kimsәyә güvәnmәmәk — mövzusunda müsәlmanlar üçün çox gözәl bir örnәk vә dәrsdir.[/toggle] [toggle title=»4. əl-Bəqara 207″]

«İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir..» (əl-Bəqara 207)

— Bu ayənin təfsiri haqda bir çox görüş vardır. İbn Abbasdan (Allah ondan razı olsun) gələn rəvayətə görə, bu ayə Suheyb ibn Sinan ər-Rumi (Allah ondan razı olsun) haqqında nazil olmuşdur.

Məkkə müşrikləri bu səhabəni ələ keçirmiş və dinindən döndürmək üçün ağır işgəncələr vermişdilər. Suheyb Məkkəlilərə «Mən qoca bir adamam, mal-mülküm də var, sizdən və ya düşmənləriniz tərəfdən olmağımın sizə bir zərəri olmaz. Mən bir söz demişəm (müsəlman olmuşam) və bu sözdən dönməyi düzgün hesab etmirəm, malımı, əşyalarımı sizə verib, dinimi sizdən satın alaram..» demiş, Məkkə müşrikləri də buna razı olaraq Suheyb`i sərbəst buraxmışdılar. Oradan uzaqlaşaraq Mədinəyə gələrkən bu ayə nazil olmuşdu. Şəhərə daxil olarkən Əbu Bəkr (Allah ondan razı olsun) onunla qarşılaşmış və «Alış-verişin qazanclı olsun ey Suheyb!» demişdi.

___________________
Təfsir ət-Tabəri[/toggle] [toggle title=»5. әl-Huruf’ul-Muqatta`a»]

Quran surәlәrinin bәzilәrinin ilk ayәsi, adına «әl-Huruf’ul-Muqattaa» deyilәn, bir neçә hәrfdәn ibarәtdir. Mәsәlәn, «Әlif. Lәm. Mim» , «Hә. Mim» , «Yә. Sin» vә s. Bu cür hәrflәrdәn tәşkil olunmuş ayәlәrin mәnaları açıq deyil vә Quran diliylә buna «mütәşabih» deyilir. Mütәşabih ayәlәrin gerçәk mәnasını yalnız Uca Allah bilir. Bәzi alimlәr isә, bu cür, hәrflәrdәn tәşkil olunmuş ayәlәri tәvil (tәfsir) edirlәr. Lakin, qeyd etdiyimiz kimi, bu ayәlәrin gerçәk mәnasını yalnız Uca Rәbbimiz bildiyi üçün, bu mәsәlәdә alimlәr fәrqli görüşlәr tәqdim etmişlәr:

a) Mәsәlәn: «Әlif. Lәm. Mim!» Yәni: «Bu әlinizdәki Quran’ın kәlmәlәri bu hәrflәrdәn tәşkil edilib. Buyurun, (bacarırsınızsa) siz dә bәnzәrini edin!» Belәliklә Uca vә Әzәmәtli Allah, Öz mübarәk kitabını inkar edib, Peyğәmbәrinә iftiralar atan cahil әrәb topluluğunun öndәrlәrinә meydan oxuyur.

b) Ayәnin bu cür hәrflәrdәn ibarәt olunmasında sәbәb — diqqәtlәri bir yerә toplamaq üçün әdәbi sәnәtdir. Çünki, sözә, mәnası tam aydın olmayan, qapalı sözlәrlә başlamaq vә sonra mәnanı bәyan etmәk — daha çox diqqәt cәlb edir. Bәqәrә surәsi, buna gözәl bir misaldır, ilk olaraq 3 hәrf, ardından Quran vә möminlәr haqda ayәlәr gәlir. Әgәr bu rәy üstün hesab olunursa, hәqiqәtәn cahiliyyәt dövründәn çıxmış әrәblәr üçün belә bir üslubun istifadәsi, böyük bir tәlim uğurudur.

c) Bu cür hәrflәr — tәdrisin hәrflәrlә başladığına bir işarәtdir. Belәliklә bu, İslam’ın böyük bir elm dini olduğunun bariz nümunәlәrindәn biridir.[/toggle] [toggle title=»6. Loğman 6″]

«İnsanlar arasında elələri də var ki, heç bir biliyi olmadan (başqalarını) Allah yolundan sapdırmaq və (Allahın ayələrini) lağa qoymaq üçün boş-boş sözləri satın alırlar. Məhz onları alçaldıcı bir əzab gözləyir..» (Loğman, 6)

Müfәssirlәr bu ayәni fәrqi formalarda tәfsir ediblәr. Әbu Umamә’dәn nәql edilәn görüşә görә, «boş-boş sözlәri satın almaq» — mahnı oxuyan cariyәlәri satın almaqdır. Әbu Umamә, Allah Rәsulunun (sallallahu aleyhi va sәllәm) belә buyurduğunu rәvayәt etmişdir: «Mahnı oxuyan cariyәlәri satmayın, satın almayın….» (Tirmizi, Tәfsir, no: 3195)

Digәr alimlәrә görә «boş-boş sözlәri satın almaq» — mahnı oxumaq vә dinlәmәkdir. İbn Mәsud, İbn Abbas, Cabir, Mucahid, Sәid ibn Cubeyr (Allah onlardan razı olsun) bu görüşdәdirlәr.
Hәsәn әl-Basri, İbn Cureyc vә Mucahid’dәn nәql edilәn digәr görüşә görә, burada qәsd olunan — çalğı alәtlәridir. Dәhhaq vә İbn Zeyd’ә görә isә, ayәdә qәsd olunan, Allaha şәrik qoşmaqdır. Buna dәlil olaraq isә, növbәti ayәni göstәriblәr.

Tabәri (Tәfsir, 6/430-431) , nәticә olaraq, ayәdә zikr olunan «boş-boş söz» ifadәsinә — insanı Allah yolundan yayındıran, Allah vә Rәsulu tәrәfindәn qadağan edilmiş hәr bir sözün daxil olduğunu demişdir.
Bununla yanaşı, bu ayәnin Nadr ibn Hәris’in hәrәkәti sәbәbilә nazil olduğu da nәql olunub. Rәvayәtә görә bu insan, Әcәmi nağıllarının yer aldığı kitabları satın alaraq gәtirәr, Mәkkәlilәrә belә deyәrdi: «Muhәmmәd sizә, Ad vә Sәmud qövmlәrinin nağıllarını danışır, mәn dә sizә Rum vә Әcәm nağıllarını danışacağam.» Belәcә bunları oxuyar, müşriklәri әylәndirәr vә insanları Qurana qulaq asmaqdan yayındırardı..[/toggle] [toggle title=»7. Təhrim 10″]

«..Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar Bizim əməlisaleh bәndәlәrimizdәn iki bәndәnin nikahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan (Allahın әzabından) heç cür xilas edə bilmədilər. Onlara: “Girənlərlə birgə ikiniz də oda (Cәhәnnәmә) girin!”– deyildi..» (Tәhrim 10)

— Abdullah ibn Abbas’a görә, burada «xәyanәt» deyәrkәn, başqa xüsus deyil, dini mәsәlәlәr nәzәrdә tutulur. Çünki, heç bir Peyğәmbәrin xanımı әxlaqsızlıq yoluna düşmәmişdir. Ayәdә — Nuh’un arvadının xәyanәti — onun kafir olması vә Nuh Peyğәmbәri dәlilikdә ittiham etmәsidir. Lut Peyğәmbәrin arvadının xәyanәti isә, Lut’un (Allahın ona salamı olsun) gizlәtdiyi müsafirlәri, lutiliklә mәşğul olan әxlaqsızlara bildirmәsidir.

İkrimә’dәn nәql edilәn görüşә görә, bu iki qadının xәyanәti — Allaha şәrik qoşmaları, Dәhhaq’a görә isә — Allah’ı inkar etmәlәridir. İbn Abbas’dan (Allah onların hər ikisindən razı olsun) nәql edilәn digәr bir görüşә görә, Nuh’un arvadının xәyanәti — Nuh’un sirlәrini öyrәnib, iman etmiş insanları, düşmәnlәrinә xәbәr vermәsi, satmasıdır. Lut’un (Allahın ona salamı olsun) arvadının xәyanәti isә, Lut’un müsafirlәrindәn hәr hansı bir kişini, o çirkin işi — yәni kişinin kişi ilә cinsi tәmasda olması işini edәn insanlara bildirmәsidir. (Lut, onları o әxlaqsızların әlindәn gizlәdirdi.)

Ayәdә, bu qadınların әrlәrinin Peyğәmbәrlәr olmalarına baxmayaraq, bu amilin onların digәr kafirlәrlә birlikdә Allah tәrәfindәn cәzalandırılmalarına mane ola bilmәyәcәyi bәyan edilir. Bu da, kafirlәr üçün heç bir qurtuluş yollarının olmadığını göstәrir…

____________________________
«Tәfsir Tabәri» (8/360)[/toggle] [toggle title=»8. əş-Şü`əra 84″]

«..Sonra gələnlər arasında mənə yaxşı ad qismət elə! (Gələcək nəsillər məni həmişə yad etsinlər, xatirimi əziz tutub adımı hörmətlə çəksinlər!)..» (əş-Şü`әra, 84)

— İbrahim (Allahın ona salamı olsun) bu duasıyla, Qiyamәt gününә qәdәr (adının) gözәl şәkildә anılmasını istәmişdi. Duası qәbul olmuş vә buna görә hәr ümmәt, onu sevgi vә hörmәtlә anmışdır. Müsәlmanlar da, qıldıqları beş vaxt namazda oxuduqları salavatla onu (Allahın ona salamı olsun) yad edәrәk, bu duaya ortaq olmuş olurlar..[/toggle]

[toggle title=»9. Nur 22″]

Peyğәmbәrimizin (Allahın ona salavat və salamı olsun) xanımı Aişә’yә zina iftirası atanlardan biri dә Mistah adlı bir nәfәr idi. Hәmin insan Әbubәkr’in (Allah ondan razı olsun) xalası oğlu olub, onun himayәsi altında yaşayırdı. Әbubәkr, qızı Aişә’yә (Allah onlardan razı olsun) iftira atanlar sırasında Mistah’ın da olduğunu öyrәndikdә, bir daha ona heç bir maddi yardım etmәyәcәyinә dair and içdi. Bunun üzәrinә isә, bu ayә nazil oldu:

«Aranızda olan FӘZİLӘT və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə (heç bir şey) verməyəcəklərinə and içməsinlər. (Onları) əfv edib, (cəzalandırmaqdan) vaz keçsinlər! Məgər siz (bu yaxşılıq müqabilində) Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz? Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!..» (Nur, 22)

Ayәdәki «Allahın sizi (günahlarınızı) bağışlamağını istəmirsiniz?» ifadәsini eşidincә «Bәli, Allahın mәni bağışlamasını istәyirәm» dedi, namusuna iftira atılmasını unudaraq, Allahın kәlamını üstün tutdu vә yardımına davam etdi..

____________________________
«Tәfsir Tabәri» (6/131)
Buxari («әl-Mәğazi» bab: 34)[/toggle] [toggle title=»10. əl-Həcc 11″]

“İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edər. Əgər ona bir xeyir toxunsa, (dini barəsində) arxayın olar (islamdan möhkəm yapışar). Yox, əgər ona bir bəla (müsibət) üz versə, çöhrəsi dəyişər (islamdan üz döndərib yenə küfrə qayıdar). Beləsi dünyanı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu!..” (əl-Həcc, 11)

Bu ayədə, dinə — qəlbindəki imanla deyil, dünyəvi bir fayda ümidi ilə bağlananlar tənqid olunur. Necəki müfəssirlər öz təfsirlərində belə buyururlar:

“Bu ayə “Əarib” adlı bir qəbilə haqqında nazil olmuşdur. Bu qəbilə də, Mədinəyə hicrət edən qəbilələrdən idi. Bu qəbilənin üzvlərindən biri, sağlamlığı yaxşı olduğu, atları daha çox fayda verdiyi, qadınları dünyaya sağlam övladlar gətirdiyi, mal-mülkləri artdığı zaman:

“ — Nə yaxşı ki bu dinə girdim!.. Bunun sayəsində çox şey əldə etdim!..” – deyərək sevinərdi. Bu hal tam əsk olduğu – yəni, ziyana düşdüyü zaman isə:

“ — Başıma çoxlu müsibət gəldi!..” kimi sözlər işlədərək üz çevirər, dindən çıxardılar…”[/toggle]

[toggle title=»11. əl-Ənbiya 77″]

“Biz ayələrimizi yalan hesab edən bir qövmə qarşı ona (Nuha) yardım göstərmişdik. Onlar, həqiqətən, pis bir camaat idilər. Buna görə də Biz onların hamısını (suya) qərq etdik..” (əl-Ənbiya, 77)

Mufəssir əl-Bəyzavi bu ayənin təfsirində buyurur:

“Nuh`un (Allahın ona salamı olsun) xalqı həm (Allah tərəfindən gələn) haqqı inkar etdilər, həm də pis və zərərli işlərlə məşğul idilər. Bu iki şər hər hansı bir qövmdə cəmləşərsə, Allah o qövmü mütləq həlak edər..”[/toggle]

Hazırladı: Ayxan Yaquboğlu

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

Leave a Comment