Peyğəmbərlər Seçilmişlər

5 XÜSUSİYYƏT

Peyğəmbərimiz Muhəmmədə (Allahın ona salavat və salamı olsun) ondan əvvəl heç kəsə verilməmiş 5 xüsusiyyət verilmişdi

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:

Peyğəmbərimiz Muhəmmədə (Allahın ona salavat və salamı olsun) ondan əvvəl heç kəsə verilməmiş 5 xüsusiyyət verilmişdi. Bunlar:

1. Düşmənin qəlbinə arada 1 ay vaxt olsa belə qorxunun düşməsi ilə qələbə qazanmaq

Bu həmçinin onun ardınca gedənlərə, onun yolundan tutunanlara qarşı döyüşən düşmənlərə də aiddir. Yəni sünnə üzərində olsan, sən də buna nail olacaqsan.

2. Yer üzü ona səcdəgah və tahur (təmizləyici/təyəmmüm üçün) edildi

Əvvəlki ummətlərdə torpaqla təmizlənmək (təyəmmüm almaq) və yer üzünün hər yerində namaz qılmaq yox idi, onlar yalnız müəyyən yerlərdə namaz qıla bilərdilər.

3. Qənimətlər ona halal edildi

Qənimət — döyüşdən sonra düşmən tərəfdən əldə edilən mala deyilir.

Əvvəlki ümmətlərdə qənimət götürmək, ondan faydalanmaq halal deyildi. O vaxt qənimətlər bir yerə cəm olunurdu və göydən bir od nazil olub onları yandırırdı.

4. Qiyamət günü hesabın başlanması üçün şəfaət etmək (şəfə’ətul-uzmə)

Bu yalnız Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) xas şəfaətdir, heç kəs ona bunda şərik olmayacaqdır, nə hansısa peyğəmbər, nə də qeyriləri.

5. Digər peyğəmbərlər öz qövmlərinə göndərildikləri halda, Muhəmməd (Allahın ona salavat və salamı olsun) bütün insanlara peyğəmbər olaraq göndərildi

(İbnu Useymin, Tənbihul Əfhəm kitabı, 38’ci hədisin şərhi, səh. 115-116)

QEYD: Şeyxin sözləri müxtəsər tərcümə və bəzi kiçik ləfzi əlavələrlə təqdim olunmuşdur.

Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha

www.feqih.com saytı tərəfindən tərcümə olundu