Məqalələr Ramazan ayı

23-cü gecə ehtimal olunan gecələrdəndir

1. Abdullah ibn Uneys Cuhəni (Allah ondan razı olsun) Peyğəmbərə (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dedi:
Ey Allahın Rəsulu, mənim evim çox uzaqdır (hər gecə namaza gələ bilmirəm), mənə bir gecə de, o gecə (namaz üçün) gəlim. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ona dedi:
«Ramazanın iyrimi üçüncü gecəsi gələrsən».
(Muvatta, 872).

2. Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki o,
«İyrimi üçüncü gecə ailəsini və yaxınlarını ibadət etmək üçün oyadardı».
(Musannəf Abdurrazzaq)

3. Tabiin imamlarından Məkhul (Allah ona rəhmət etsin)
«Qədr gecəsinin iyrimi üçüncü gecə olduğunu deyərdi»
(Lətaif Məarif, 198).

 

Hazırladı: Emin Hacıyev