Məqalələr Müxtəlif

1 Aprel yalan günü

Yalan danışmağı, aldatmağı:
1. Allah haram etmişdir,
2. Bu günü qeyd etməkdə özünü kafirlərə oxşatmaq vardır,
3. Yalan danışmaqda insanları aldatmaq vardır,
4. Yalan danışmaqda insanları qorxutmaq vardır,
5. Yalan danışmaq ən pis əxlaqlardan sayılır.

Uca Allah buyurmuşdur:
«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurarlar. Məhz onlardır yalançılar». (Nəhl: 105)

Elə isə özünüzü Allahın ayələrinə inanmayanlara oxşatmayın!

Peyğəmbər (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur:

«Zarafatla da olsa yalanı tərk edən kimsəyə Cənnətin ortasında bir ev vardır». (Əbu Davud, şeyx Albani «həsən» deyib).

Başqa bir hədisdə Allah Elçisi (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: «Vay olsun o kəsin halına ki, insanları güldürməkçün yalan danışır! Vay onun halına, vay onun halına!»
(Əbu Davud, Əhməd, Nəsəi rəvayət edib, şeyx Albani «həsən» deyib).

Ey insanlar! Allahdan qorxun! Heç bir gündə yalan danışmaq icazəli deyil!

Yazdı: Sahib Əsədov